Sosial şəbəkədə biz:
Gürcüstan hakimiyyəti legitim deyil – Avropa Parlamenti
Xəbər Şəkli

Gürcüstan hakimiyyəti legitim deyil – Avropa Parlamenti

20 July 2025, 10:36
Dünya

Avropa Parlamenti Gürcüstanın Avropa İttifaqına üzvlük prosesinin dayandırılması barədə bəyanat yayıb. Bəyanat  Avropa Parlamentinin X Platformasında rəsmi səhifəsində dərc edilib.

Sənədə görə, Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi Avropa Parlamentinin ölkənin hazırkı hökumətini legitim hesab etməməsi səbəbindən dayandırılıb: "Gürcüstan hökuməti avtoritar kursunu dəyişməyincə Aİ-yə daxil ola bilməz".

Qeyd olunur ki, Avropa Parlamenti “gürcü xalqını dəstəkləyir”, lakin “Gürcüstanın hazırkı hakimiyyətini tanımır”: "Aİ-yə gedən yol ədalətli seçkilər keçirilənə qədər faktiki olaraq dayandırılır".