Sosial şəbəkədə biz:
Ötən il öldürülən jurnalistlərin sayı açıqlandı
Xəbər Şəkli

Ötən il öldürülən jurnalistlərin sayı açıqlandı

02 January 2026, 11:30
Dünya

2025-ci ildə 10-u qadın olmaqla, 128 jurnalist və media işçisi öldürülüb.

Bu barədə Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) məlumat yayıb.

Siyahıya 9 təsadüfi ölüm də daxildir.

Yaxın Şərq və Ərəb dünyasında 2025-ci ildə 74 jurnalistin öldürülməsi ilə bağlı dəhşətli rekord qeydə alınıb.

Asiya-Sakit okean regionunda 15, Avropada 10, Afrikada 9, Amerikada 11 jurnalist öldürülüb.