Sosial şəbəkədə biz:

Pezeşkian “MDB + 1” formatını yaratmağı təklif etdi

Pezeşkian “MDB + 1” formatını yaratmağı təklif etdi
Xəbər Şəkli
10 October 2026, 09:22
Siyasət

İran Prezidenti Məsud Pezeşkian təşkilatla Tehran arasında əməkdaşlığı inkişaf etdirmək üçün “MDB+1” formatının yaradılmasını təklif edib.
O, bu təsklifi MDB sammitində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, İran özünü regionun bir-biri ilə əlaqəli coğrafiyasının təbii bir hissəsi kimi görür və bu əlaqə təkcə coğrafi xarakter daşımır, həm də tarix, mədəniyyət və xalqlar arasında təmaslara əsaslanır.
“İran “MDB ölkələri + İran” və ya “MDB + 1” formatında dialoq və əməkdaşlıq üçün çevik və effektiv mexanizm yaratmağı təklif edir”, - İran Prezidenti bildirib.
O əlavə edib ki, bu, tranzit, enerji, ticarət, mədənçilik, investisiya, texnologiya, su ehtiyatları və ətraf mühitin mühafizəsi, turizm, eləcə də elmi və mədəni əlaqələr kimi sahələrdə birgə işlərin inkişafına imkan verəcək.