Sosial şəbəkədə biz:
Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub
Xəbər Şəkli

Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub

14 December 2025, 11:22
Dünya

Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib.

Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb.

"Cavabda bildirilib ki, Kiyev Ukraynanın şərqindəki ərazilərə nəzarəti saxlamalıdır. ABŞ-nin Ukraynanın NATO-ya üzv olmaq hüququndan imtina etməsi tələbi də rədd edilib", - məlumatda deyilir.

Qeyd olunub ki, Trampın Donbasın Rusiyaya verilməsi və alyansdan imtinası tələbləri Kiyevin "qırmızı xətlərini" keçir.

Məqalədə vurğulanıb ki, cavab Ukrayna Prezidenti Volodimir Zelenskinin London, Brüssel və Romaya səfərlərindən sonra hazırlanıb.