Sosial şəbəkədə biz:
Yarım milyona yaxın suriyalı Türkiyədən ölkəsinə qayıdıb
Xəbər Şəkli

Yarım milyona yaxın suriyalı Türkiyədən ölkəsinə qayıdıb

17 August 2025, 10:36
Dünya

8 dekabr 2024-dən sonra ümumilikdə 411 min 649 suriyalı öz ölkəsinə geri dönüb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsi açıqlama verib.

Miqrasiya İdarəsinin məlumatına görə, 8 dekabr 2024 tarixindən sonra könüllü qayıdanların sayı sürətlə artıb.
2016-cı ildən bəri könüllü şəkildə geri dönən suriyalıların ümumi sayı isə 1 milyon 151 min 652 nəfərə çatıb. Hazırda Türkiyədə müvəqqəti qoruma statusunda olan suriyalıların sayı 2 milyon 543 min 711 nəfərdir.

Nazirlikdən bildirilib ki, qayıdış prosesi Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsinin koordinasiyası ilə bütün aidiyyəti qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilir.