Sosial şəbəkədə biz:
Zaxarova da Ermənistanı hədələdi: Gələcəkdə bunu nəzərə alacağıq
Xəbər Şəkli

Zaxarova da Ermənistanı hədələdi: Gələcəkdə bunu nəzərə alacağıq

29 May 2026, 08:56
Dünya

Rusiya Ermənistanın iyun ayında keçiriləcək seçkiləri izləmək istəyən bir sıra Rusiya vətəndaşlarının akkreditasiyasından imtina etmək qərarına görə təəssüflənir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Moskvanın gələcəkdə bunu nəzərə alacağını deyib.

Zaxarova vurğulayıb ki, Ermənistan qeyri-rəsmi olaraq bir sıra rusiyalıların iyunda keçiriləcək parlament seçkilərində müşahidəçilər siyahısına daxil edilməsinin arzuolunmaz olduğunu bildirib.

Rusiya XİN sözçüsü onu da qeyd edib ki, Ermənistan son vaxtlar sistematik olaraq MDB layihələrindən və sənədlərindən “Böyük Vətən Müharibəsi” ifadəsini silib.