Sosial şəbəkədə biz:
“Adımın Ramiz Mehdiyevin yeni komandasına aid siyahıya salınması kiminsə subyektiv düşüncəsidir”
Xəbər Şəkli

“Adımın Ramiz Mehdiyevin yeni komandasına aid siyahıya salınması kiminsə subyektiv düşüncəsidir”

29 October 2025, 13:01
Gündəm

Milli Məclisin deputatı Aydın Hüseynov Prezident Administrasiyasının keçmiş rəhbəri, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyevin yeni komandası barədə yayılan siyahıda adının olmasına münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında haqqında deyilənləri tamamilə təkzib edib.

Ramiz Mehdiyevə olan münasibətimi hələ 2022-ci ildə sizin saytınız vasitəsilə bildirmişəm. Həmin fikirlərim bu gün də qüvvəsindədir. Məlumdur ki, Azərbaycan Respublikasının çox güclü, peşəkar və dövlətçiliyin keşiyində dayanan Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də hüquq-mühafizə, bu məsələlərlə məşğul olan daha peşəkar dövlət orqanları var. Onlar kimin harada, nə işlə məşğul olduğunu çox gözəl bilirlər. Buna görə də ürəklə, inamla, qətiyyətlə deyirəm ki, adımın Ramiz Mehdiyevin yeni komandasına aid siyahıya salınması kiminsə subyektiv düşüncəsidir. Siyahıda yer almağım qətiyyən qeyri-mümkündür. Mən ən gənc yaşlarımdan Ulu Öndərimizin, indi isə cənab Prezidentimizin siyasətini var gücümlə dəstəkləyirəm, onun əsgəri olan bir şəxsəm", - o bildirib.