Sosial şəbəkədə biz:
Azərbaycanda yaşayış binası çökdü - YARALILAR VAR
Xəbər Şəkli

Azərbaycanda yaşayış binası çökdü - YARALILAR VAR

23 November 2025, 10:32
Gündəm

Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində döşəmənin çökməsi hadisəsi baş verib.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Goranboy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov bildirib ki, baş verən insidentdən sonra zəruri təhlükəsizlik tədbirləri görülüb.

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sözlərinə görə, binada yaşayan 60 ailə təhlükəsiz yerə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır. "Unikal"