Sosial şəbəkədə biz:
İnstitut direktoru: Azərbaycan dilində rəsmi üslub bərbad gündədir
Xəbər Şəkli

İnstitut direktoru: Azərbaycan dilində rəsmi üslub bərbad gündədir

08 December 2025, 13:20
Gündəm

Azərbaycan dilində rəsmi üslub bərbad gündədir.

Bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı adi bir ərizə nümunəsinini misal göstərmək kifayətdir: "Yazıb sizə bildirirəm ki… Bu, nə dərəcə doğrudur? Buna da yenidən baxılmasını məqbul hesab edirəm".

Professor diqqəti Azərbaycan dilinin Orfoqrafiya lüğəti ilə bağlı son işlərə yönəldib:

"Azərbaycan dilində 80 min söz olduğu bildirilirdi. Ancaq bazaya yerləşdirdiyimiz sözləri ələkdən keçirmişik. Hazırda əlimizdə Azərbaycan dilinin 220 min işlək sözü var. İndi bu sözlərin emal olunması ilə məşğuluq".