"Müəllim məktəbə "müştəri gözü" ilə baxırsa, mənim üçün o, müəllim deyil" - NAZİR
"Müəllim məktəbə "müştəri gözü" ilə baxırsa, mənim üçün o, müəllim deyil".
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin efirində yayımlanan "Diqqət Mərkəzi" verilişində qonaq olarkən deyib.
Nazir vurğulayıb ki, onların müəllimlərdən əsas gözləntisi şagirdə olan münasibətdir:
"Müəllim məktəbə "müştəri gözü" ilə baxırsa, 6 sinifdə dərs deyirsə və düşünürsə ki, hər sinifdən 15 uşaq repetitorluğa müraciət edəcək və onun həyat səviyyəsi düzələcək, mənə görə onlar müəllim deyillər. Çünki müəllim məktəbə gəlir, əməkhaqqını alır və onun əvəzini həmin sinifdə verməlidir. Sonra gedib kimsə özəl sektorda işləyirsə, bu, hər bir vətəndaşımızın hüququdur. "Adım dövlət sektorundadır, özümün də niyyətim şəxsi qazancımdır, gələcək nəsil nə olursa, olsun" bu, müəllim mövqeyi olmamalıdır. Müəllim işinin bütün mahiyyəti vicdanla bağlıdır. Demirik ki, müəllim sertifikasiyada mütləq 60 bal toplamalıdır. Məsələ sadəcə balda deyil. Hər bir insan 5, 10 bal səhv də edə bilər. Bizim məktəb müəllimindən əsas gözləntimiz uşağa olan münasibətdir".
Oxu.az