Sosial şəbəkədə biz:

Nazarbayev Trampla görüşmək üçün ABŞ-a gedib

16 January 2018, 10:52
Gündəm
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ-a rəsmi səfəri başlayıb. Virtualaz.org-un məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti xəbər yayıb. “Səfər zamanı prezident Nursultan Nazarbayev ABŞ prezidenti Donald Tramp, ABŞ rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşəcək”, - məlumatda deyilir. D.Tramp ilə N. Nazarbayev Qazaxıstanın BMT TŞ-a sədrliyini, xüsusilə Əfqanıstan kimi beynəlxalq məsələlərin həlli istiqamətində liderliyini müzakirə edəcəklər. Görüşdə həmçinin ikitərəfli münasibətlər, o cümlədən nüvə silahının yayılmaması diqqət mərkəzində olacaq. Qazaxıstan prezidenti həmçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək. Qeyd edək ki, Tramp Nazarbayevi ABŞ-a sentyabrın əvvəlində telefonla danışarkən dəvət etmişdi. Danışıq Amerika tərəfinin təşəbbüsü ilə olmuşdu.