Sosial şəbəkədə biz:

Kamran Zeynalov Dünya Kubokunda qızıl qazandı

Kamran Zeynalov Dünya Kubokunda qızıl qazandı
Xəbər Şəkli
28 July 2026, 08:10
İdman

Azərbaycanın paragüllə atıcılığı üzrə milli komandasının üzvü Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, dünya və Avropa çempionu olan idmançı 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) yarışının finalında 222 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Turnirdə Azərbaycanı Kamran Zeynalovla yanaşı, Rafiq Əliyev və Aybəniz Babayeva da təmsil edirlər.

Qeyd edək ki, Dünya Kubokuna iyulun 29-da yekun vurulacaq.