Sosial şəbəkədə biz:

Vahabzadənin generalın üzünə tüpürməsi - Həqiqət

Yazıçı Firuz Mustafa mərhum xalq şairi Bəxtiyar Vahabzadə ilə xatirəsini bölüşüb. Azinforum.az xəbər verir ki, Firuz Mustafa şəxsi Feysbuk səhifəsində paylaşdığı statusda xalq şairi ilə sovet generalı arasında yaşanmış hadisənin tarixçəsinə aydınlıq gətirib: “20 Yanvar hadisələrinə görə Bəxtiyar Vahabzadənin AzTV-nin qarşısında üzünə tüpürdüyü adam Dubinyak yox, Ovçinnikov idi. Amma bəzi jurnalistlər bir az səhvə yol verirlər. Məsələ burasındadır ki, elə Bəxtiyar müəllim özü də söhbətlərində, habelə, yayımlanan məşhur lentdə Dubinyakın üzünə tüpürdüyünü deyir. Mən bir dəfə (kiçik bir məclisdə) bunu Bəxtiyar müəllimin özünə də dedim. O, mən deyəni təsdiq edib bildirdi ki, nədənsə Ovçinnikovun yox, bu alçaq Dubinyakın adı qalıb yadımda. Mən zarafatla dedim: “Bəxtiyar müəllim, görünür, bu “Dubinyak” adı “Dubinka” sözünə oxşadığına görə daha yaddaqalandır”. O, gülərək “Yəqin ki, elədir”, – dedi”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol