Sosial şəbəkədə biz:

“Kimsə Azərbaycan dilini yaxşı bilmirsə, gedib öyrənsin” - DEPUTAT

20 January 2018, 13:54
Gündəm
“Bir ölkənin vətəndaşı olmaq tələb edir ki, onun dövlət dilini biləsən”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili, dilçi-alim Nizami Cəfərov deyib. “Azərbaycan dili inkişaf etmiş dillərdən biridir. Bu dil dünyada nüfuzuna görə 21-22-ci yerdədir. Ölkəmizdə zəngin ədəbiyyat var, dil kursları var. Kimsə Azərbaycan dilini yaxşı bilmirsə, gedib öyrənə bilər” — deyə o bildirib.