Sosial şəbəkədə biz:

Suriya Türkiyənin Afrindəki əməliyyatını pisləyib - Bəyanat

21 January 2018, 10:48
Gündəm
“Suriya Ərəb Respublikası ölkənin ayrılmaz hissəsi olan Afrin bölgəsinə qarşı Türkiyənin qəddar təcavüzünü qəti şəkildə pisləyir və onun dərhal dayandırılması  üçün beynəlxalq ictimaiyyəti lazımi tədbirlər görməyə çağırır”. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Suriya XİN-in bəyanatında bildirilir. Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub. Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib.