Sosial şəbəkədə biz:

Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək

22 January 2018, 20:01
Gündəm
Dünya çempionatının kuboku Azərbaycana gətiriləcək. “Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mükafat dünya turu çərçivəsində fevralın 9-da Bakıda olacaq. Kubok “Gənclik Mall” Ticarət Mərkəzində nümayiş etdiriləcək. Qeyd edək ki, Dünya Kuboku 6,142 kq çəkiyə malikdir və qızıldan hazırlanıb. Mükafatın orijinal dizaynı 1974-cü ildə yaradılıb. 2018-ci il dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyada keçiriləcək.