Sosial şəbəkədə biz:

İsa Qəmbər Obamanın çıxışından məmnun qalıb

Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər ABŞ prezidenti Barak Obamanın BMT-nin Baş Assambleyasının toplantısında etdiyi çıxışa sosial şəbəkədəki səhifəsində status həsr edib.
İsa Qəmbər yazıb:
"Obamadan vicdan məhbusu Yadigar Sadiqova doğum günü hədiyyəsi kimi bir nitq!
“Sən öz opponentlərini məhbus edə bilərsən, amma ideyaları məhbus etmək olmaz. Sən informasiyaya girişi nəzarətə ala bilərsən, amma yalanı həqiqətə çevirə bilməzsən” – deyib ABŞ lideri.
“O liderlər ki, hakimiyyətdə qalmaq üçün konstitusiyaları dəyişirlər, əslində etiraf edirlər ki, öz xalqları üçün uğurlu bir ölkə qurmaqda iflasa uğrayıblar. Çünki bizim heç birimiz əbədi deyilik”.
“Müxalifətin seçki vasitəsilə, dinc yolla hakimiyyətə gəlmək imkanı olanda, ölkə yeni ideyalar qazanır. Media azad informasiya verə biləndə, korrupsiya və qanunsuzluqlar faş edilir və onların kökünü kəsmək mümkün olur” – deyib ABŞ prezidenti.
Barak Obama deyib ki, bu günün avtoritarı, sabahın inqilabına qığılcımdır.
O deyib ki, korrupsiyanı faş edən və insanların gözləntilərini yüksəldən Amerikanın dəstəklədiyi QHT-lərin qəsdi deyildir, bu, texnologiyaların, sosial medianın inkişafı və adamların öz həyatlarını qurmaq üçün sonsuz seçim arzusudur".
Qeyd edək ki, Yadigar Sadıqov İsa Qəmbərin Müsavat başqanı olduğu dönəmdə onun müşaviri olub, hazırda isə Müsavat başqanının müavinidir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol