Sosial şəbəkədə biz:

İlham Əliyev Davosda Binyamin Netanyahu ilə görüşdü

24 January 2018, 21:07
Gündəm
Prezident İlham Əliyevin Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.
Azinforum.az AzərTac-a istinadən xəbər verir ki, görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.
Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.