Sosial şəbəkədə biz:

MTN daha bir İŞİD-çini həbs etdi

29 September 2015, 16:28
Gündəm
Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib.   
APA-nın məlumatına görə, Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Taleh Mahir oğlu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub.   Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub.
Onun barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.   Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.