Sosial şəbəkədə biz:

Fazil Məmmədov daha bir nəfəri vəzifəsindən azad etdi

25 January 2018, 20:44
Gündəm
Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun əmri ilə federasiyanın baş katibi Rəşad Əlizadə tutduğu vəzifədən azad edilib. Bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Orxan Məmmədov Fazil Məmmədov bu vəzifəyə əvvəllər idman şöbəsinin rəisi işləmiş Orxan Məmmədovu təyin edib. O, güləş üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. Orxan Məmmədov idman ustasıdır, Azərbayvanın əməkdar məşqçisidir. Xatırladaq ki, bundan öncə sabiq vergilər naziri Fazil Məmmədov Firdovsi Umudovu Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə təyin etmişdi. Bu vəzifədə o, Sahib Ələkbərovu əvəz etmişdi.Virtualaz.org