Sosial şəbəkədə biz:

İsa Qəmbərin namizədliyi qeydə alındı

Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin deputatlığa namizədliyi qeydə alınıb. Bu haqda “Basta”ya Müsavat Partiyasının seçkidə səlahiyyətli nümayəndəsi Cəmil Qanbay məlumat verib. Qərar bu gün 15 saylı Yasamal birinci seçki dairəsində qəbul olunub. Xatırladaq ki, bundan öncə Müsavatın 3 namizədinin – Razim Əmiraslanlı (Cəbrayıl), Xasay Fərzulla (Masallı) və Söhrab Əmrahovun (Xaçmaz) namizədlikləri qeydə alınıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol