Sosial şəbəkədə biz:

29 yaşlı azərbaycanlı polis komissarı hər kəsi valeh etdi – FOTO + VİDEO

25 January 2018, 23:19
Gündəm
Berlinin Noyköln rayonunda polis komissarı işləyən 29 yaşlı azərbaycanlı Lana bu gün Almaniya və Azərbaycan mətbuatının gündəmində olub. Lana 14 il əvvəl Almaniyaya köçüb. 15 yaşında Berlinə gələn Lana alman dilində bir söz belə bilməyib, lakin qarşısına məqsəd qoyub  və arzularına çatıb. Hazırda Lana, alman, eləcə də rus, türk, ingilis və fransız dillərində danışa bilir. Bundan əlavə Lana pianoda ifa edir.
Anası Susana (55 yaşlı) Almaniyada tibbi yardım alır. 57 yaşlı atası İlham isə 6 il Bakıda işlədikdən Berlinə yollanıb.