Sosial şəbəkədə biz:

Türkiyə kürdləri Azərbaycan bayrağına hörmətsizlik etdi

30 September 2015, 10:28
Gündəm
  Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın Almaniyanın Hamburq şəhərində mitinq keçirdiyi binanın salonunda Azərbaycan bayrağına hörmətsizlik edilib. Bununla bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mustafa Varank “twitter” səhifəsində şəkil paylaşaraq HDP-nin hərəkətini sərt şəkildə tənqid edib. Mitinq keçirilən salonda Türkiyə bayrağı ümumiyyətlə olmayıb. Azərbaycan bayrağındakı ayparanın görünməməsi üçün isə bayrağa düyün vurulub. “HDP-nin bayraq düşmənliyi: Türkiyə bayrağını asmadığı kifayətlənməyib, ay ulduzlu Azərbaycan bayrağını da bağlayıblar” - deyə Mustafa Varank statusunda yazıb (publika.az).