Sosial şəbəkədə biz:

Bank VTB (Azərbaycan) müştəriləri kredit ödənişlərini Express Pay ödəniş terminalları vasitəsi ilə edə bilər

27 January 2018, 11:43
Gündəm
VTB (Azərbaycan) müştərilərinin rahatlığı üçün daha bir ödəniş terminalları sistemi – Express Pay sisteminə qoşulub ki, bu da müştərilərə bankın ofislərinə gəlmədən kredit ödənişlərini etməyə imkan verəcək. Bunun üçün Express Pay terminallarındakı Banklar bölməsində VTB (Azərbaycan)-ı seçmək lazımdır. Bundan sonra 3 parametrdən birini daxil etmək tələb olunur: • Müştərinin Pinkodu • Kredit müqaviləsinin nömrəsi • Kredit kartının son 6 rəqəmi Daha sonra ödənişi etmək olar. Əməliyyat başa çatdıqda müştəri ödənişini təsdiqləyən qəbz alır. Terminal vasitəsi ilə istənilən krediti ödəmək mümkündür. Kredit üzrə ödəniş yalnız manatla həyata keçirilir (dollar kreditləri manat ekvivalentində ödənilir).