Sosial şəbəkədə biz:

Azərbaycan diaspor təşkilatının ofisinə basqın - Video

27 January 2018, 18:59
Gündəm
Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub. “ Azinforum.az ” ın məlumatına görə, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın APA-ya bildirib ki, hadisə ötən gecə baş verib. Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar. İ. Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır. Diaspor rəhbəri həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur.