Sosial şəbəkədə biz:

Türkiyə Afrində 2 şəhid verdi, 11 hərbçi yaralandı

27 January 2018, 22:29
Gündəm
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı zamanı iki hərbçi şəhid olub. Bu barədə TSQ rəsmi məlumat yayıb. Bildirilib ki, "Zeytun budağı" əməliyyatı zamanı 11 hərbi qulluqçu yaralanıb, 447 terrorçu isə zərərsizləşdirilib. Hazırda əməliyyatların planlaşdırıldığı kimi davam etdirildiyi qeyd edilib.