Sosial şəbəkədə biz:

Kölndə PKK tərəfdarlarının aksiyası dağıdılıb

28 January 2018, 10:57
Gündəm
Almaniyanın Köln şəhərində PKK tərəfdarlarının aksiyası dağıdılıb. AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, polis aksiya iştirakçılarına xəbərdarlıq etsə də, onlar PKK bayraqları və terror təşkilatının lideri Abdulla Ocalanın portretlərini qaldırıblar. Dərhal polis müdaxilə edərək aksiyanı dağıdıb. Məlumata görə, aksiya zamanı iki nəfər saxlanılıb.