Sosial şəbəkədə biz:

Keçən il Azərbaycanda 18 əcnəbi narkotacir saxlanılıb – DİN

28 January 2018, 11:02
Gündəm
Daxili işlər orqanları 2017-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 18 xarici ölkə vətəndaşını tutub. Bu, Daxili İşlər Nazirliyinin (DİN) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqdim etdiyi hesabatda əksini tapıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılanların 7-i İran, 7-i Rusiya, 3-ü Gürcüstan, 1-i Qazaxıstan vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından çəkisi   36 kq 741,212 qr (30,9 kq  tiryək, 929,9 qr heroin, 4,8 kq marixuana, 50,290 qr həşiş,) narkotik vasitələr və 9,366 qr metamfetamin psixotrop maddəsi götürülüb. (APA)