Sosial şəbəkədə biz:

Polislə sürücü arasında insident - “Protokol yazsan, maşını yandıracam”

28 January 2018, 18:45
Gündəm
Bakının mərkəzində yol-hərəkət qaydalarını pozan sürücü ilə polis arasında insident baş verib.  “ Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, Hüseynov Afiq Eldar oğlu adlı sürücü “Mercedes” markalı  02 BL 348 dövlət qeydiyyat nişanlı avtomobillə Ü.Hacıbəyov küçəsi 44-ünvanın qarşısında dayanma qaydasını pozub. Bu səbədən yol polisi inspektoru ona cərimə protokolu yazıb. Cərimələndiyini görən sürücü səs-küy salaraq protokolun yazılması qarşılığında avtomobilini yandıracağı ilə hədələyib. Əraziyə post-patrul xidməti əməkdaşları gələndən sonra sürücü sakitləşdirilib və o, fikrindən vaz keçib.