Sosial şəbəkədə biz:

İŞİD Kabildə növbəti terror aktını törədib

29 January 2018, 11:19
Gündəm
Bazar ertəsi səhər bir qrup naməlum şəxs Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən marşal Fahim adına Hərbi Akademiyaya hücum edib. Nəticədə, 2 hərbçi ölüb, daha 10 nəfər yaralanıb. TASS xəbər verir ki, bu barədə hərbçilərə istinadən "Pajhwok" agentliyi məlumat yayıb. Bildirilir ki, hücumu 5 nəfərdən ibarət qrup təşkil edib. Onlardan 3 nəfəri məhv edilib, 1-i saxlanılıb, 1-i müqaviməti davam etdirir. İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürüb.