Sosial şəbəkədə biz:

Peterburq qubernatoru İlham Əliyevin qəbulunda

Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə “Zaqulba” iqamətgahında görüşüb, “Peterburqski dnevnik”in məlumatına görə, İlham Əliyev bildirib ki, Peterburq və Azərbaycan ikitərəfli münasibətlər çərçivəsində uzun illərdir ki, əməkdaşlıq edirlər: “Belə pozitiv fonda biz regional əməkdaşlığı möhkəmləndirməliyik. Ümid edirik ki, Peterburq ilə potensialı artıracağıq”. Bakı tarixi vətəni olan Georgi Poltavçenko şəhərin çox dəyişdiyini vurğulayıb və qeyd edib ki, Azərbaycan və Peterburqun ənənəvi olaraq mehriban münasibətləri olub: "Biz gəmiqayırma sahəsində maraqlıyıq, çünki Sankt-Peterburq dəniz şəhəridir”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol