Sosial şəbəkədə biz:

Bakıda yaşayış binasında partlayış

29 January 2018, 17:33
Gündəm
Paytaxtda yaşayış binasında partlayış olub. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir. Dağıntılar altında qalanların olduğu ehtimalı da var. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.