Sosial şəbəkədə biz:

“Zeytun budağı”nda məhv edilən terrorçuların sayı 649-a çatdı

30 January 2018, 13:36
Gündəm
Suriyada aparılan “Zeytun budağı” əməliyyatının 11-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb. Avropa.info-nun Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən verdiyi məlumata görə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 649 terrorçusu məhv edilib. Hərbi Hava Qüvvələri tərəfindən terror təşkilatlarına məxsus 3 hədəf darmadağın edilib. Türkiyə Baş Qərargahı “Zeytun budağı” əməliyyatının uğurla davam etdiyini bildirir. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.