Sosial şəbəkədə biz:

Gəncədə silahlı insident olub, polis əməkdaşı yaralanıb

31 January 2018, 10:47
Gündəm
Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Gecə saatlarında hələki şəxsiyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb. Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Vəziyyətin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Prakurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.