Sosial şəbəkədə biz:

Şabranda intihar - 27 yaşlı oğlan özünü tövlədə asdı

31 January 2018, 10:49
Gündəm
Şabran rayonunda intihar hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Gəndob kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Seyidov Gündüz Vaqif oğlu yaşadığı evin həyətindəki tövlədə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.