Sosial şəbəkədə biz:

Nazir: "Zeytun budağı"na görə heç bir dinc sakin xəsarət almayıb

31 January 2018, 12:16
Gündəm
Türkiyə Silahlı Qüvvələrinin Afrində apardığı "Zeytun budağı" əməliyyatının gedişində dinc sakinlər xəsarət almayıb. Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib. O qeyd edib ki, Türkiyə Ordusu yalnız PYD və YPG terrorçularının mövqelərini məhv edir. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.