Sosial şəbəkədə biz:

Azərbaycanlı milyon dollarlıq soyğun etdi, polislə atışmaya girdi - Video

01 February 2018, 14:01
Gündəm
Ötən gün Rusiyanın Sank-Peteburq şəhərində üç maskalı şəxs zərgərlik salonuna basqın edib. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, silahlı şəxslər salondakıları silahla hədələyiblər. Mühafizəçi və satıcının əllərini bağlayaraq vitrinlərdən 1 milyon dollarlıq qızıl zinət əşyası ələ keçiriblər. Daha sonra maşına minərək ərazidən uzaqlaşsalar da, polis onları təqib edib. Hüquq-mühafizə orqanları əməkdaşları ilə cinayətkarlar arasında silahlı atışma olub. Nəticədə bir polis zabiti yaralanıb, iki soyğunçu isə yaralı olaraq ələ keçib. Onlar Dağıstan və Gürcüstan vətəndaşları olublar. Azərbaycanlı olduğu bildirilən 3-cü şəxs isə gizlənməyə nail olub. Hazırda polis onun axtarışındadır.