Sosial şəbəkədə biz:

“Ciddi problem yoxdur...” - Studiyada yıxılan aparıcı

02 February 2018, 13:42
Gündəm
“Xəzər Xəbər”in  aparıcısı Günel Qədimovanın efirdən sonra yıxılması, qapalı kəllə-beyin travması  alması barədə xəbər yayılıb.  İddia olunub ki, hadisə ötən gün proqramın 15:00 buraxılışından sonra baş verib, xəsarət alan aparıcı “təcili yardım” xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.  “Qafqazinfo” mövzu ilə bağlı G. Qədimova ilə əlaqə saxlayıb. O, yayılan xəbərin şişirdildiyini, səhhətinin qaydasında olduğunu bildirib: “Mənim səhhətim qaydasındadır, ciddi problem yoxdur. Sadəcə olaraq məlumat şişirdilib. Bayaqdan zənglər gəlir, telefonum susmur, dostlarım narahat olublar”.