Sosial şəbəkədə biz:

Ərdoğanı Vatikanda 3500 mühafizəçi qoruyacaq

02 February 2018, 17:26
Gündəm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana səfəri zamanı dövlət başçısını təhlükəsizlik qüvvələrinin 3500 əməkdaşı mühafizə edəcək. Trend-in məlumatına görə, Türkiyə lideri Vatikana səfəri çərçivəsində İtaliya prezidenti ilə də görüş keçirəcək. Qeyd edək ki, fevralın 5-də R.T.Ərdoğan Roma Papası Fransiskin dəvəti ilə Vatikana səfər edəcək. Bu, Türkiyə prezidentinin son 59 il ərzində Vatikana ilk səfəridir.