Sosial şəbəkədə biz:

Naxçıvan “Gənclər paytaxtı” elan edilib –Qərar

02 February 2018, 21:21
Gündəm
2018-ci ilin "Gənclər paytaxtı" Naxçıvan şəhəri elan edilib. APA-nın xəbərinə görə, bu 2 fevral – Gənclər günü ilə bağlı "Buta  Palace" sarayında keçirilən tədbirdə elan edilib. Naxçıvan şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib. "Gənclər paytaxtı"nın simvolik açarı Naxçıvanın gənclər və idman naziri Azad Cabbarova təqdim olunub. Qeyd edək ki, 2017-ci ilin "Gənclər paytaxtı" Balakən şəhəri elan edilmişdi.