Sosial şəbəkədə biz:

Pul yığan müəllimlə direktor işdən çıxarılacaq - Nazirlikdən xəbərdarlıq

Azərbaycan Təhsil Nazirliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar yenidən təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib. "Qafqazinfo" xəbər verir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, "Müəllimlər günü"nün yaxınlaşması müxtəlif məktəblərdə bu məqsədlə pul yığılması barədə edilən söhbətləri yenidən gündəmə gətirir. C.Valehovun sözlərinə görə, belə hallarla rastlaşan şəxslər TN-nin “Qaynar xətt”inə anonim olmadan müraciət edə bilərlər: "Bu halların hər biri araşdırılacaq. Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər". C.Valehov belə halların ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirdiyini söyləyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol