Sosial şəbəkədə biz:

Facebook kimin zəngin olduğunu anlayacaq

04 February 2018, 22:08
Gündəm
Feysbuk sosial şəbəkəsinin patent müraciəti ünvanladığı yeni texnoloji yenilik ciddi marağa səbəb olub. Axar.az xəbər verir ki, yeniliyə görə, Feysbuk administrasiyası istifadəçilərin sosial-iqtisadi vəziyyətini, gəlirlərini, işçi sinif, orta sinif, yaxud zəngin təbəqədən olduğunu müəyyən edə biləcək. Belə ki, texnoloji yenilik istifadəçinin hansı təhsil səviyyəsinə malik olmasından, ev sahibliyininin olub-olmamasından və bir çox internet resurslarından istifadə edərək gəlirlərin hansı səviyyədə olduğunu anlayacaq. Tətbiqetmənin nə zaman istifadəyə veriləcəyi və hansı şərtlərlə çalışacağı bəlli deyil.