Sosial şəbəkədə biz:

Cüdoçumuz Sofiyada bürünc medal qazandı

04 February 2018, 22:10
Gündəm

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub.

Beynəlxalq turnirin son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gəlib. Qeyd edək ki, qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb. Azərbaycan cüdoçuları Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanıb. Beynəlxalq turnirin ilk günü Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək çempion olub.