Sosial şəbəkədə biz:

"Akkord"un binasında partlayış - Sakinlərin avtomobillərinə ziyan dəydi-VİDEO+FOTO

05 February 2018, 11:14
Gündəm
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolundakı  "AKKORD"a məxsus "Abşeron gənclər şəhərciyi"inin 32-ci binasının 7-ci mərtəbəsində partlayış baş verib. Sakinlərin verdiyi ilkin məlumata görə, partlayışa səbəb  binanın eyvanında quraşdırılan qaz plitəsi olub. Binanın önündə saxlanılan bir neçə avtomobilə ziyan dəyib. Yerli sakinlər bildiriblər ki,  yaşayış kompleksinə aid böyük dayanacaq olsa da, qiymətlərin baha olması səbəbindən sakinlər avtomobilərini belə risqli ərazilərdə saxlmağa məcburdular. Faktla bağlı araşdırma aparılır. https://www.youtube.com/watch?v=mJGuziFQaAc&feature=youtu.be Azinforum.az