Sosial şəbəkədə biz:

“Elə hoqqa yoxdur ki, ondan çıxmayım” - Aygün Kazımova

Xalq artisti Aygün Kazımova yeni imicindən danışıb. “Qafqazinfo”nun məlumatına görə, saçılarını mavi rəngə boyayan müğənni “Onlar” verilişinə açıqlamasında xarici ulduzlara bənzədilməsinə münasibət bildirib: “2001-ci ildə ilk dəfə saçlarımı göy rəngə boyamışam, yəni dünya ulduzlarını qabaqlamışam. Bu rəng bu il dəbdir, həm də riskli rəngdir. Hər adama yaraşmaz. Elə rəng yoxdur ki, saçımı boyamayım. Elə hoqqa yoxdur ki, ondan çıxmayım”. Xalq artisti həmkarı Faiq Ağayevdən küsdüyünü də etiraf edib: “Bəzən Faiqdən inciyirəm, o dəqiqə onu sosial şəbəkədə blok edirəm. Faiq dostuna qarşı çox diqqətlidir, incə məqamlar isə xətrinə dəyir. Keçən günlərdə tədbirdə qarşılaşdıq. Onu görən kimi blokdan çıxardım. Bəzən kimlərisə tərifləyir, qısqanıram”.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol