Sosial şəbəkədə biz:

Ərdoğanın oğlu İtaliyaya qaçdı – Şok iddia

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan silahlı mühafizəçilərlə birlikdə İtaliyaya qaçıb. Axar.az xəbər verir ki, bunu Tvitterdə Türkiyə hökuməti və Prezident Ərdoğan barəsində gizli məlumatlar yayan Fuat Avni yazıb. O, Prezident Ərdoğanın bu iş üçün Xarici İşlər naziri Firidun Sinirlioğlunu məsul etdiyini bildirib: “Bilal 27 sentyabrda İtaliyaya getdi. O, 1 noyabr parlament seçkisinə qədər İtaliyada qalacaq. Seçkinin nəticəsinə görə onunla bağlı qərar veriləcək. Bilalın qaçırılmasına səbəb PKK ilə aparılan sülh danışıqlarıdır. Bu danışıqlarla bağlı vətənə xəyanət üzrə cinayət işi açıla bilər. Plana görə, əvvəlcə pullar ölkədən çıxarılacaq, sonra ailəsi və özü qaçacaq”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol