Sosial şəbəkədə biz:

Azərbaycanda universitet rektoru istefa verdi

Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli bu gün rektor vəzifəsindən istefa verib. Buna səbəb N.Hüseynlinin Milli Məclisə V çağırış seçkilərində iştirakı göstərilib. “Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı teleqraf.com-a açıqlama verən BAU-nun mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Əliyevin sözlərinə görə, N.Hüseynlini hazırda fizika-riyaziyyat elmləri namizədi, professor Məsim Məmmədov əvəz edir. Onun sözlərinə görə, M.Məmmədov bundan əvvəl universitetdə prorektor vəzifəsində çalışıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol