Sosial şəbəkədə biz:

Ərdoğan Belçikada liftdə qaldı

Belçikada Avropa Parlamenti rəsmiləri ilə görüşmək üçün səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan liftdə qalıb. Azinforum.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, prezidentin mindiyi lift uzun müddət işləməyib. Avropa Parlamentinin prezidenti Martin Şults ilə görüşən Ərdoğan daha sonra liftə minib. Lift isə çox yükləndiyi üçün işləməyib. Ərdoğanın mühafizəçiləri “bir nəfər düşsün” deyərək vəziyyətə müdaxilə ediblər. 9 nəfərin mindiyi liftdən bir mühafizəçi düşsə də, lift hərəkətə keçməyib. Daha sonra mühafizəçilər liftin nəzarət panelinə müdaxilə edib onu düzəltməyə çalışıblar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol