Sosial şəbəkədə biz:

Əli Abbasov əmr verdi - Siyahı

2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi haqqında əmr imzalanıb. Rabitə və Yüksək Texnologiyalr Naziri Əli Abbasov "IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli 1413 nömrəli Sərəncamına uyğun olaraq, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi və Oyunların keçiriləcəyi stadionlar, arenalar, idman mərkəzlərinin keyfiyyətli, fasiləsiz və dayanıqlı telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədi ilə əmr imzalayıb. 2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsinə dair mənim rəhbərliyimlə aşağıdakı tərkibdə qərargah yaradılsın: Nazirin birinci müavini, qərargah rəhbərinin müavini - İ.Məmmədov təyin edilsin. Qərargah üzvləri: İİŞ-in müdiri - M. İsmayılov TŞ-nin müdiri - Ə. Təmirov İCŞ-in müdiri - İ. Əliyev MİŞ-in müdiri - M. Məmmədova MŞ-nin müdiri - T.Səfərova BƏŞ-in müdiri - A.Bayramov "Aztelekom" MMC-nin baş direktoru vəzifəsini icra edən - M. Məmmədov BTRİB-in baş direktoru - B. Hüseynov "Teleradio" İB-nin baş direktoru - Ə. Şərifov "Azərpoçt" MMC-nin baş direktoru - Q.Bəybalayev "Azərkosmos" ASC-nin sədri - R.Nəbiyev "AzInTelecom" MMC-nin direktoru vəzifəsini icra edən - C. Cəfərov DRİ-nin rəisi - Ə. Məmmədov MHM-in direktoru - N. Mərdanov Elektron Təhlükəsizlik Mərkəzinin direktoru - F. Fərmanov "HMİ" MMC-nin direktoru vəzifəsini icra edən - T Hüseynov "Azercell Telekom" MMC-nin prezidenti vəzifəsini icra edən - V. Mürsəliyev "Bakcell" MMC-nin baş icraçı direktoru - R. Şirer "Azerfon" MMC-nin baş icraçı direktoru - K.Maknili "Delta Telecom LTD" MMM-in baş direktoru - R.Vəliyev "Ultel" MMC-nin baş direktoru - Ə.Əsgərov 2. IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi üçün texniki təkliflərin hazırlanması, aidiyyəti üzrə müzakirə edilməsinin təşkili, qərargaha operativ məlumatların və təkliflərin verilməsi, telekommunikasiya sahəsində olan digər icraçılarla əlaqənin yaradılması məqsədi ilə aşağıdakı tərkibdə əlaqələndirici işçi qrupu yaradılsın: İİŞ TS-nin müdiri - N.Cəfərov RTDK-nın mühəndisi - S.Ağayev İİŞ-in aparıcı məsləhətçisi - A.Məmmədov DRİ-nin mühəndisi - Ş.Qasımzadə 3. Qərargaha tapşırılsın: 3.1 oyunlar keçiriləcək obyektlərin və digər əlaqəli məkanların zəruri telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin olunması üçün Təşkilat Komitəsinin tələbatına uyğun tədbirlər görülsün; 3.2 oyunların keçirilməsinin təşkili üçün tələb olunan radiotezliklərin ayrılmasına dair tədbirlər görülsün; 3.3 işlərin gedişatı barədə operativ və mütəmadi məlumatlar hazırlansın və mənə məruzə edilsin; 3.3exniki təkliflərin hazırlanması və məsləhətləşmələrin aparılması məqsədilə zərurət yarandığı təqdirdə, birlik və müəssisələrdən mütəxəssislər və əlavə ekspertlər cəlb edilsin. 4. Əmrin icrasına nəzarət İİŞ-in müdiri M.İsmayılova və SİŞ-in müdiri İ.Tağıyevə tapşırılsın.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol