YUSİF BAĞIRZADƏ SƏDRLİKDƏN VƏ PARTİYADAN İSTEFA VERDİ
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə partiya sədrliyindən və üzvlüyündən istefa verib. Bu barədə APA-ya Y. Bağırzadə özü bildirib. Onun sözlərinə görə, istefaya səbəb səhhətində problemlər yaranmasıdır. Xatırladaq ki, bu ay partiyanın qurultayının keçirilməsi gözlənilir.+